Lukaşenkonun rəqibi Belarusa qayıtmağa qorxur – “Navalnının başına gələnlər...”

12:20 / 19.01.2021
1711
Tixanovskaya
Navalnının başına gələnlərdən sonra Belarusa qayıtmaqdan qorxur.
Belarusun
keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya respublikaya qayıtmaq
arzusunu dilə gətirib, amma xanım siyasətçi təqib olunmayacağına dair zəmanət
almaq istəyir.
Sfera.az bildirir ki, müxalifətçi
bu günlərdəı elə hava limanındaca saxlanılan Aleksey Navalnını misal gətirib.
"Navalnı
ilə bağlı vəziyyət beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in köməyinə
ehtiyac olduğunu göstərdi" ,- deyə Tixanovskaya bildirib.
Xatırladaq
ki, Belarusda Tixanovskayaya qarşı iki cinayət işi qaldırılıb.
Tərcümə:
Sfera.az