“Bu, bizim günahımız deyildi...” – Rusiya XİN ABŞ-la münasibətlərin korlanması haqda

Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin ABŞ-la münasibətlərinin gələcəyini qiymətləndirib.
Sfera.az Ria. Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Moskvanın ABŞ prezidenti Donald Tramp administrasiyası ilə münasibətləri yoluna qoya bilmədiyinə görə təəssüfləndiyini söyləyib. Zaxarova həmçinin əlavə edib ki, sözügedən münasibətlərin gələcəkdə də deqradasiya uğramaq təhlükəsi qalmaqdadır.
"Son dörd ildə dialoqun normallaşması elə vermədi. Vaşinqtonda bizi hətta Amerikanın xüsusi düşmənləri kateqoriyasına da daxil etdilər. Təəssüflə qeyd etməliyəm ki, sonucda Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmaq mümkün olmadı, amma bu bizim günahımız deyildi”,- deyə diplomat brifinqdə bildirib.
Qeyd edək ki, Tramp 2017-ci ilin yanvarında ABŞ prezidenti seçilib. Rəqibləri onu Rusiya ilə əlaqədə ittiham edirdilər. Ağ Evlə Kremldə dəfələrlə bunun əsassız yalan olduğu vurğuladı. Trampın prezidentliyi çoxsaylı qalmaqallarla müşayiət olundu, bundan əlavə, bu müddət ərzində Vaşinqton Paris iqlim müqaviləsindən və qısa və orta mənzilli raketlərin ləğvinə dair müqaviləsindən çıxdı, İranla nüvə anlaşmasını da pozdu.
Tramp ölkəsinin tarixində iki dəfə impiçment elan edilən yeganə prezident oldu. Sözügedən olay ikinci dəfə bu həftə baş verdi: hələlik fəaliyyətdə olan prezident iğtişaşlar yaratmaqda günahlandırıldı. Yanvarın 6-da onun tərəfdaşları Kapitoliyə basqın etdi. Həmin vaxt orada konqres demokrat Co Baydenin seçkilərdəki qalibiyyətini təsdiq edirdi. Qarşıdurmalar nəticəsində beş nəfər həlak oldu.
Baydenin andiçmə mərasimi 20 yanvar tarixinə planlaşdırılıb.
Tərcümə: Selcan
Sfera.az