Bakıda gənc oğlan bıçaqlandı

Kriminal
22:46 / 19.12.2020
9889
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Qaraçuxur qəsəbəsində 1996-cı il təvəllüdlü Quliyev Abbas Əli oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır. (Report)