Karantin rejimini pozan kafe və çayxana aşkarlandı

Karantin rejimini pozan kafe və çayxana aşkarlandı
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən kafe aşkar edilib.

Kafedə olanlardan 4 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. Kafenin sahibi Şahin Məmmmədov barəsində isə protokollar tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Mingəçevir şəhərində də sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən çayxananın işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 15 nəfərin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq orada olduqları aşkarlanıb. İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

OXŞAR XƏBƏRLƏR