Karantini pozan vəzifəli şəxslər inzibati həbs edildi

Karantini pozan vəzifəli şəxslər inzibati həbs edildi
Vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlu "icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil ediblər.

Baş prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, faktla bağlı toplanmış materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmiş və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Baş Prokurorluq xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? - Yeni ARAŞDIRMA

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yeni...

Tramp 30 kilodan belə qurtulub - Pizza, "Oreo" yeyirmiş...

ABŞ Prezidenti Donald Trampın son illər ərzində 30 kiloqrama yaxın arıqlayıb. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanıb. Ən çox diqqətçəkən məqam isə Trampı...

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.   Bu barədə Sfera.az-a Baş DYP İdarəsinin rəsmisi, polis...

QR kod ilə ödəniş etmək RİSKLİDİR

Müasir dövrdə nağdsız ödənişlər arasında geniş yayılan QR kod texnologiyası sürətli və rahat istifadə imkanları ilə yanaşı, bir sıra texniki və təhlükəsizlik ri...

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...