Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Kriminal
10:59 / 19.12.2020
2500
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.