Bu ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Dünya
16:00 / 15.11.2020
5198
Meksikada son sutka ərzində daha 5 860 nəfərdə koronavirus aşkarlanıb, 635 nəfər bu virusun qurbanı olub. Sfera.az bildirir ki, bu barədə "worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 003 253-ə, bu virusdan ölənlərin sayı isə 98 259-a yüksəlib.
İndiyədək 745 361 nəfər sağalıb. Ölkədə 159 633 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 941-nin vəziyyəti ağırdır.