"Real"da ciddi itki

İdman
13:34 / 02.11.2020
2142
"Real" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Lukas Vaskes sıradan çıxıb. La Liqanın VIII turunda "Ueska" ilə matçda (4:1) zədələnən yarımmüdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.
Vaskesin Çempionlar Liqasının qrup mərhələsinin III turunda noyabrın 3-də "İnter"ə qarşı ev matçını buraxacağı bildirilir.