“Qalatasaray” qələbə qazanaraq, 3-cü pilləyə yüksəldi

İdman
23:25 / 31.10.2020
5333
Türkiyə Super Liqasında VII tur davam edir.
Sfera.az-ın məlumatına görə, bu gün baş tutmalı olan üç oyundan ikisi keçirilib.
Autsayderlər zonasında qərarlaşan "Gənclərbirliyi” öz meydanında "Qaziantep”lə bərabərə qalıb.
Qeyri-stabil mövsüm keçirən "Qalatasaray” son pillənin sahibi "Ankaragücü”nü qəbul edib. Bu matça qədər qələbə üzünə həsrət qalan paytaxt təmsilçisi İstanbuldan da əliboş dönüb. Rəqibi üzərində qələbə qazanan "cim-bom” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura dünən keçirilən "Fatih Karagümrük” – "Ərzurum BB” (5:1) və "Trabzonspor” – "Kasımpaşa” (3:4) oyunları ilə start verilib. Digər matçlar noyabrın 1-2-də olacaq.
Türkiyə Super Liqası
VII tur
31 oktyabr
"Gənclərbirliyi” – "Qaziantep” – 1:1
Kandeyas, 56 – Maksim, 17 (pen.)
"Göztəpə” – "Alanyaspor” oyunu təxirə salınıb.
"Qalatasaray” – "Ankaragücü” – 1:0
Babel, 45+1