“Putin etiraf etdi ki...” - Millət vəkili Rusiya prezidentinin açıqlamasını şərh edir

“Putin etiraf etdi ki...” - Millət vəkili Rusiya prezidentinin açıqlamasını şərh edir

"Putinin bu açıqlaması Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan və etiraf etməsidir”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Prezidenti Vladimir Putinin "Valday” diskussiya klubunun iclasındakı çıxışı zamanı "Azərbaycan torpaqlarının işğalı sonsuzluğa qədər davam edə bilməz” fikrinə münasibət bildirərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.



Deputat hesab edir ki, qlobal əhəmiyyətli "Valday” diskussiya klubunun iclasında Putin tərəfindən belə bir mövqenin sərgilənməsi tarixi hadisədir:


"Bu həm də sevindirici məqamdır. Uzun illər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən obyektiv mövqe sərgiləmələrini gözləyirdik. Münaqişənin bu günə kimi həll olunmamasının səbəblərindən biri də məhz həmin qurumun obyektiv mövqe sərgiləməməsindən qaynaqlanırdı. 28 il müddətində ilk dəfə olaraq Minsk Qrupu həmsədr ölkələrindən birinin rəhbəri münaqişə ilə bağlı nəhayət ədalətli, obyektiv mövqe nümayiş etdirdi.


Putinin həmin açıqlaması onun Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan və etiraf etməsidir. Düzdür, o, bu zaman konkret olaraq Ermənistanın adını çəkməyib. Heç adını çəkməsinə də ehtiyac yoxdur”.


Bu baxımdan da həmsöhbətimiz Rusiya Prezidentinin həmin açıqlamasını Azərbaycanın böyük siyasi qələbəsi kimi dəyərləndirir:

 

 

"Ordumuz torparlarımızı ardıcıl olaraq işğaldan azad edir. Artıq Azərbaycan sərhədlərini öz nəzarəti altına qaytarır. Bütün bunların fonunda Putinin vəziyyətlə bağlı kifayət qədər aydın şəkildə mövqe bildirməsi hərbi qələbəmizin siyasi müstəvidə də olduqca böyük uğurla davamıdır. Bu daha ciddi əminlik yaradır ki, Azərbaycan Ordusunun qazandığı qələbələr siyasi müstəvidə də öz ciddi komponentlərini formalaşdırır.


Rusiya Prezidentinin bu açıqlaması ona da əsas verir ki, Kreml heç bir halda ermənilərin istəyinə uyğun olaraq münaqişəyə cəlb olunmayacaq. Deməli, baş verənlər Azərbaycanın xeyrinədir”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR