Millimiz bu gün Kiprlə qarşılaşacaq

Millimiz bu gün Kiprlə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. 

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq. 

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR