Mesut Özil ərəb klubunun təklifini rədd etdi

İdman
14:38 / 12.10.2020
2704
İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" (Ər-Riyad) klubuna keçməkdən imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə "TyC Sports"un jurnalisti Sesar Luis Merlot "Twitter"də bildirib.
"Əl-Nəsr" 32 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 5 milyon funt sterlinq, Özilə isə 2 illik çoxmilyonluq müqavilə təklif edib. Ancaq futbolçu hələ "Arsenal"dan ayrılmaq fikrində deyil.
Qeyd edək ki, Mesut Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. O, son olaraq "topçular"ın heyətində martda meydana daxil olub