5 il sonra ilk dəfə - Levandovski əvəzləndi

İdman
13:55 / 12.10.2020
2025
Millətlər Liqasının III turu çərçivəsində Polşa yığması İtaliya ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Sfera.az xəbər verir ki, polşalıların hücumçusu Robert Levandovski matçın 83-cü dəqiqəsində əvəzlənib. Buna səbəb ulduz futbolçunun zədələnməyi olub.
Polşa mətbuatının məlumatına əsasən, Robert Levandonvski 5 il sonra ilk dəfə milli heyətində meydanda 90 dəqiqəni tam keçirə bilməyib. O, sonuncu dəfə 2015-ci ildə Cəbəli-Tariq millisinə qarşı (8:1) oyunda meydanı vaxtından əvvəl tərk etmişdi