“Qalatasaray” kapitan ilə yeni müqavilə bağlayır

“Qalatasaray” kapitan ilə yeni müqavilə bağlayır
 Türkiyənin "Qalatasaray” klubunun qapıçısı Fernando Musleranın taleyinə aydınlıq gəlib.

Sfera.az xəbər verir ki, uzunmüddətli zədədən əziyyət çəkən Uruqvay millisinin qolkiperi "cim-bom”la yeni müqavilə imzalamağa razılıq verib.

Müqavilə müddəti 2021-ci ilin yayına qədər olan kapitan yeni 2 illik saziş bağlayacaq və maaşında endirim ediləcək.

Həmçinin braziliyalı müdafiəçi Markaonun da müqavilə müddətinin 2024-cü ilin yayına qədər uzadılması gözlənilir. Avropa klublarının maraq dairəsində olan "sambaçı”nın illik məvacibi 850 min avroya yüksəldiləcək.

Qeyd edək ki, Fernando Muslera 2011-ci, Markao isə 2019-cu ildən "Qalatasaray”da çıxış edir

OXŞAR XƏBƏRLƏR