Təmkin Xəlilzadə zədə səbəbindən Monteneqro ilə görüşü buraxır

İdman
17:25 / 10.10.2020
2111
Azərbaycan yığmasının futbolçusu Təmkin Xəlilzadə zədə səbəbindən Millətlər Liqasının III turunda Monteneqro ilə matçda iştirak etmir.
Sfera.az xəbər verir ki, "Sabah" klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçinin zədəsi dünən məşq zamanı daha da ağırlaşıb.
Baş məşqçi Canni De Byazi Xəlilzadəni bu səbəbdən görüşün iştirak ərizəsinə daxil etməyib.
Şəhriyar Əliyev isə rəqabət amili üzündən baş məşqçinin istəyi ilə "23-lük"dən kənarda qalıb.
Qeyd edək ki, Monteneqro - Azərbaycan matçında hələ ki, hesab açılmayıb.