Rusiya yığmasının sabiq futbolçusu öldü

Rusiya yığmasının sabiq futbolçusu öldü
Rusiya yığmasının və "Spartak" klubunun sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.

Sfera.az  xəbər verir ki, keçmiş yarımmüdafiəçi 54 yaşında vəfat edib.

Kulkov koronavirusa yoluxmuşdu. Keçmiş futbolçu bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub. O, 1993/1994 mövsümündə "Benfika" ilə, 1994/1995 mövsümündə isə "Portu" ilə Portuqaliya çempionatında qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR