Azərbaycan millisi Monteneqroya qarşı

İdman
10:59 / 10.10.2020
1387
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sfera.az xəbər verir ki, Canni De Byazinin rəhbəri olduğu kollektiv III turda qrup lideri Monteneqronun qonağı olacaq.
Podqoritsa şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
İlk turda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi qrupdakı şanslarının azalmaması üçün sərfəli nəticə qazanmağa çalışacaq.
UEFA Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
10 oktyabr
17.00 Monteneqro – Azərbaycan
Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (İspaniya).
Hakim-inspektor: Paskal Qaribyanı (Avstriya).
UEFA nümayəndəsi: İqor Radoyiçiç (Serbiya).
Podqoritsa. Şəhər stadionu.
Qeyd edək ki, yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxacaq. Rəqibin heyətində isə Stefan Saviç cəzalıdır. Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.