"Fənərbağça"da koronavirus şoku

İdman
16:00 / 07.10.2020
1586
"Fənərbağça"nın futbolçusu Nabil Dirar koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, Mərakeş millisinin düşərgəsində olduğu zaman ondan götürülən test nümanəsi müsbət çıxıb. Bu barədə Mərakeş Futbol Federasiyasının saytı məlumat yayıb.
Koronavirus səbəbindən 34 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə "Nyukasl"dan Aşraf Lazar çağırılıb.