"Dənizlispor"da braziliyalı hücumçu

İdman
17:55 / 23.09.2020
2044
Türkiyənin "Dənizlispor" klubu hücum xəttini gücləndirib.
Sfera.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın "Bahia" klubundan ayrılan Fernandaonu transfer edib. 33 yaşlı hücumçu müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb. Onun illik maaşı 800 min avro olacaq.
Fernandao daha öncə Türkiyədə "Bursaspor" və "Fənərbaxça"da oynayıb.