"Beşiktaş" keçmiş futbolçusunu qaytardı

İdman
19:30 / 17.09.2020
5207
"Beşiktaş" "Yeni Malatyaspor"la müqaviləsini pozan Gökhan Törəni heyətinə qatıb.
Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı futbolçu ilə 1+1 illik razılığa gəlib.
Gökhan Törə 2019-cu ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Yeni Malatyaspor"a keçmişdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.