Dava professorla tələbə arasında olub: Qvineya prezidenti naziri döyməyibmiş – FOTO/VİDEO

Qvineya Respublikasının əmək nazirinin ölkə prezidenti Alfa Konde tərəfindən döyüldüyü iddia edilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının hökumət üzvünü öz vəzifə səlahiyyətlərini yetərincə yerinə yetirməməkdə və işinə məsuliyyətsiz yanaşmaqda ittiham etdiyi, əsəblərini cilovlaya bilməyib onu küçənin ortasında yumruqlamağa başladığı bildirilib.
Ancaq həmin anları əks etdirdiyi iddia edilən videonun 2018-ci ildən bəri internettə mövcud olduğu anlaşlıb. Üstəlik sosial şəbəkədə viral olan həmin video Qvineya Respublikasında deyil, Ekvatorial Qvineyada çəkilib.
Belə ki, həmin görüntülər Ekvatorial Qvineya Milli Universitetindən Filiberto Monayong adlı professor ilə tələbə arasındakı münaqişəni əks etdirir.Universitenin şəkilləri, görüntülərdəki heykəl, həmçinin videodakı avtomobilin nömrəsinin Ekvatorial Qvineyaya aid olması da bunu təsdiq edir.
Nəzərə çatdıraq ki, Qvineyadakı yerli hökumət avtomobillərinin nömrəsi iki hərf + dörd rəqəm + üç hərfdən ibarətdir. Ekvatorial Qvineyadakı nömrələr isə iddia videosundakı kimi iki hərf + üç rəqəm + bir hərfdir.
AFP keçmiş UNGE tələbəsi Mariano Nguema ilə əlaqə saxlayaraq hadisənin 2016-ci il martında baş verdiyini öyrənib. Bu mənbəyə görə hadisənin səbəbi dissertasiya mərhələsindəki bir tələbənin Monayong ilə yaşadığı problem imiş. "Les Observateurs” da öz analizində UNGE-nin rəsmi açıqlamasına yer verib.



