"Lokomotiv"dən Mancukiçə təklif

İdman
17:35 / 15.09.2020
3911
Moskva "Lokomotiv"in Qətərin "Əl-Duhail" klubundan ayrılan xorvatiyalı futbolçu Mario Mancukiçlə müqavilə imzalaya bilər.
Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi 34 futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. Moskva klubu təcrübəli hücumçuya illik 2,7 milyon avro maaş təklif edib.
Mancukiçin Rusiya klubunun təklifini dəyərləndirmək fikrində olduğu bildirilir. Xorvatiyalı oyunçu "Dinamo" (Zaqreb), "Volfsburq", "Bayern" (Münhen), "Atletiko" və "Yuventus" kimi klublarda çıxış edib.