“Prezidentin sərəncamı ilə aidiyyatı qurumlara tapşırıqlar verilib” - Foto

“Prezidentin sərəncamı ilə aidiyyatı qurumlara tapşırıqlar verilib” - Foto

"Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 24 fevral tarixli sərəncamını əsas tutaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən mühüm layihənin icrasını təmin etmək məqsədilə qərargah yaradılıb.

"Qafqazinfo” xəbər verir ki, martın 29-da qərərgah üzvlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçirilib və layihəyə start verilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov il ərzində keçiriləcək layihələr və təşkilati məsələlərlə bağlı ətraflı məlumat verib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin «Avropanın Gənclər Paytaxtı» seçilməsini Azərbaycanı və Gəncəni təmsil etmək nöqteyi-nəzərindən çox mühüm bir hadisə olduğunu diqqətə çatdırıb. Elmar Vəliyev bildirdi ki, prezident İlham Əliyevin Gəncənin 2016-cı ildəA "Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar imzaladığı sərəncamda aidiyyatı qurumlara tapşırıqlar verilib.

Daha sonra tədbirin daha uğurlu təşkili üçün fikir mübadiləsi aparılıb, gənclər və ictimaiyyətin nümayəndələri tərəfindən irəli sürülən təkliflər müzakirə olunub.





OXŞAR XƏBƏRLƏR