Naxçıvanda səyyar müşavirə keçirildi
"Qafqazinfo” xəbər verir Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, ötən dövrdə yeni kənd təsərrüfatı texnikalarının gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi daha çox torpaq sahələrinin əkilməsinə və bol məhsul istehsalına səbəb olub. "Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”, – deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və 2016-cı ilin yaz əkinlərinin uğurla başa çatdırılacağına əminliyini bildirmiş, bu işdə muxtar respublikanın kənd təsərrüfatı işçilərinə uğurlar arzulayıb.
Sonra V. Talıbov "Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Ali Məclisin Sədri muxtar respublikanın torpaq xüsusiyyətlərinə uyğun gübrələrin və lizinqə verilən kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin alınması barədə tapşırıqlar verib.
