Rusiyanın yeni OPEK qura bilməsi çətin məsələdir – ŞƏRH

Rusiyanın yeni OPEK qura bilməsi çətin məsələdir – ŞƏRH

Neft hasil edən ölkələrin görüşü martın 20-də Rusiyada baş tutacaq. Analtiklər isə qeyd edirlər ki, bu görüşdən sonra Rusiya yeni OPEK qura bilər və neft bazarına nəzarəti ələ ala bilər. 

Oxu.Az bu məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan şərh alıb. 

"Rusiyanın yeni Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) qura bilməsi çətin məsələdir. OPEK 1960-ci ildə yaradılıb, amma onun bazara ilk təsiri isə yalnız 13 ildən sonra 1973-cü ildə olub. İkinci bir tərəfdən, neft  təkcə əmtəə deyil ki, ancaq bazarda bu əmtəənin qiyməti ona olan təklif və tələbdən qaynaqlansın.

Bu enerji daşıyıcısıdır. Enerji daşıyıcısı ölkələrin təkcə enerji təhlükəsizliyinin deyil, həm də milli təhlükəsizliyinin bir ayrılmaz hissəsidir. Ona görə də burda iqtisadi-siyası faktorların böyük rolu var. Belə ki, Rusiya hazırda Qərb tərəfindən qonşu ölkələrin ərazilərinə müdaxilə etdiyinə görə, sanksiyalar yaşayır. 

Ona görə də, düşünürəm ki, Rusiyanın özünün belə asılı olduğu hər hansı əmtəə üzərində yeni bir beynəlxalq təşkilat yaratması ümumiyyətlə perspektivli deyil. Bəli, Rusiyanın arzusu və niyyəti var. Rusiya hələ 2012-ci ildə qaz OPEK-i ideyasını ortaya qoyub.

Bu yöndə işlər aparıb. Bu istiqamətdə 4 dəfə iclas keçirilib. Amma ortada nəticə yoxdur. Halbuki, qeyd etdiyim kimi bu proseslərin üstündən nə az, nə çox düz 14 il keçir”, - deyə o qeyd edib. 

İddia olunur ki, Səudiyyə Ərəbistanının OPEK-də söz demək haqqı azalacaq. Mütəxəssis bu məsələyə də aydınlıq gətirib:

"Ola bilər, çünki artıq təşkilatda nüfuz təkcə hasil olunan neftin həcmindən deyil, OPEK ölkələrinin iqtisadi-siyası imkanlarından da asılıdır. Burda isə ortaya artıq yeni bir böyük oyunçu İran çıxır.

Bundan başqa, digər oyunçu kimi isə İraqı görmək olar. Halbuki, İraqı bu vaxta qədər hasil etdiyi neftin həcminə, coğrafi mövqeyinə, imkanlarına görə dəyərləndirilmirdi. Çünki İraq qapalı bir ölkə idi. Hazırda isə İraq İrandan da çox neft hasil edir. Ümumiyyətlə, onun perspektivləri İrandan da öndədir. Şirkətlərin cəlbediciliyinə görə də perspektivlidir. Çünki Səudiyyə bazarı artıq bağlıdır”. 


OXŞAR XƏBƏRLƏR

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...

Şəmkirdə fərdi yaşayış evində yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.  ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Yeraltı təkanla...