Yaponiyada da fövqəladə vəziyyət...

Yaponiyada da fövqəladə vəziyyət...

Yaponiyada yeni koronavirus təhlükəsi ilə əlaqədar Baş Nazirə fövqəladə vəziyyət elan etmək hüququ verən qanun martın 14-də qüvvəyə minib.

 

 

Sfera.az xəbər verir ki, həmin qanun bir gün əvvəl parlamentin yuxarı palatası tərəfindən hakim koalisiyanın və bəzi müxalifət partiyalarının dəstəyi ilə qəbul edilib. Aşağı palata həmin qanunu martın 12-də qəbul etmişdi.

Yaponiyada fövqəladə vəziyyətin elan edilməsi prefektura qubernatorlarına müxtəlif göstərişlər və sərəncamlar qəbul etmək səlahiyyəti verəcək. Həmin siyahıya sakinlərdən evlərini tərk etməmək, həmçinin məktəblərin bağlanması kimi göstərişlər də daxildir.

Bununla yanaşı, qanunvericilərin qəbul etdiyi əlavə qətnamə hökuməti parlamenti əvvəlcədən fövqəladə vəziyyət elan olunması barədə xəbərdar etməyə və sonrakı vəziyyət barədə məlumatlandırmağa çağırır.

Bu qanunun qəbulunu şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərə bildirib ki, hökumət fövqəladə vəziyyət elan olunmasına çox ehtiyatla yanaşır. Çünki bu, insanların həyatına çox ciddi təsir göstərə bilər./Azərtac


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...