Razi Nurullayevin deputatlığa gedən yolu bağlandı: MSK-dan NƏTİCƏLƏRİ DƏYİŞƏCƏK QƏRAR

Razi Nurullayevin deputatlığa gedən yolu bağlandı: MSK-dan NƏTİCƏLƏRİ DƏYİŞƏCƏK QƏRAR
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev növbədənkənar parlament seçkilərində qazandığı səslərin etibarlılığına ciddi şübhələr yaranıb.
 
Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilən qərardan sonra 79 saylı İmişli Seçki Dairəsindən lider namizəd olan Razi Nurullayev çətin sitiuasioya ilə qarşılaşıb. Məlumat üçün bildirək ki, MSK-nıniclasında 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb. MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.
 
Xatırladaq ki, Razi Nurullayev 79 saylı İmişli Seçki Dairəsinin elan olunmuş ilkin nəticələrinə görə, rəqiblərindən cüzi səs çoxluğu ilə öndə idi. belə ki, seçicilərin cəmi 20.9 faiz səsini qazanan Nurullayev 5 məntəqədə səslərin etibarsız sayılmasından sonra liderliyini itirə bilər. Bu isə faktiki olaraq onun deputatlığa gedən yolunun bağlanması deməkdir.


OXŞAR XƏBƏRLƏR