Qusarda karantin qaydalarını pozan sürücülər cəzalandırıldı - FOTO

Qusarda karantin qaydalarını pozan sürücülər cəzalandırıldı - FOTO
 Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, sürücülər polis inspektorları tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gələnlərə, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib. 

Reyd zamanı şəxsi nəqliyyat vasitələri sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq istirahətə gələn 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR