Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
 

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi yerlərində dezinfeksiya tədbirləri ödənişsiz aparılacaq

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq.

Həmçinin, Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı müraciətlər edilən təqdirdə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq.

Qurban bayramı ilə əlaqədar aparılacaq dezinfeksiya işlərində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçiriləcək.

Heyvan satışı və kəsimi yerləri dezinfeksiyadan sonra istifadəyə veriləcək və ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...