Qüdrət Həsənquliyev: “Ermənistan rəhbərliyi qorxuya düşüb”
21:00 / 19.05.2020
2619
"Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri Ermənistanda ciddi təşviş yaradır”.
Bunu Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlamasını təqdir edir:
"Azərbaycanlı Milli Ordunun genişmiqyaslı hərbi təlimlərindən Ermənistan rəhbərliyi qorxuya düşüb və bundan ciddi həyəcan keçirir”.