Qripdən anında xilas olmağın yolları

Qripdən anında xilas olmağın yolları
 

Son zamanlar havaların fəslə uyğun keçməməsi bir sıra xəstəliklərin, xüsusilə qripin yayılmasına səbəb olub. Mütəxəssislərin adıçəkilən xəstəlik və bu zaman özünü daha çox biruzə verən öskürəkdən xilas olmağın yollarını sadalayırlar.

Sfera.az axşam.az-a istinadən həmin məsləhətlərdən bir neçəsini təqdim edir:

1. Qurtum-qurtum su için - su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.

2. Cökə və ya itburnu çayı - öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.

2. Sarıkök və zəncəfil - sarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.

3. İsti duş qəbul edin - xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.

 

4. Evin havasına diqqət edin - qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.

5. Süd məhsullarından az istifadə edin - hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən süd məhsullarını azaltmaqda fayda var.


OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...