Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır

Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır

Gündəlik qida rasionumuzda qızardılmış yeməklər üstünlük təşkil edir. Lakin həmin qidaların tərkibində yüksək kalori və çox miqdarda yağ olur. Bu, da II tip şəkərli diabet və piylənməyə, ürək-damar sisteminin patologiyasına şərait yaradır.

Sfera.az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "Qızartma zamanı qidanın tərkibində olan vitamin və mikroelementlər parçalanır, nəticədə konserogenlər, sərbəst radikallar və transyağlar əmələ gəlir. Həmin maddələr isə orqanizm üçün çox ziyanlıdır və bir çox xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinə səbəb olur".

Onun verdiyi məlumata görə, qızartma zamanı az miqdarda kərə yağından istifadə etmək lazımdır. Bir dəfə yemək hazırlanmış yağda ikinci dəfə heç nə qızardılmamalıdır. Duru yağlara isə qızartmalarda deyil, salatların tərkibində yer vermək məsləhətdir.

Həkim-diyetoloqun fikrincə, qızardılmış yeməklər əvəzinə sobada pörtlədilmiş qidalardan istifadə etmək daha yaxşıdır, çünki həmin proses zamanı onun tərkibindəki elementlər parçalanmağa daha az məruz qalırlar: "Xolesterin onunla reaksiyaya girən maddələrdən asılı olaraq zərərli və faydalı ola bilər. Qızardılmış qidaları qəbul edərkən zərərli xolesterin artır. Ona görə də həmin qidalardan mümkün qədər uzaq olmaq məsləhətdir. Tərəvəzlər vitaminlərlə zəngin olduğu üçün onları tam qızartmaq deyil, qaynatmaq lazımdır".



OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...