Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi - FOTOLAR

Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi - FOTOLAR
Bir neçə gün öncə qətl törədilən "Beerlin Pub”ın sahibinin kimliyi məlum olub.

Sfera.az xəbər verir ki, son günlər müzakirə obyektinə çevrilən məşhur "pub”ın sahibi iş adamı Ceyhun Həsənovdur.

Məlumatlara görə, hadisə baş verən "Beerlin Pub” Ramil adlı şəxsin adına sənədləşdirilib. Qətl hadisəsindən sonra həmin şəxsin də saxlanıldığı, bir neçə saat öncə sərbəst buraxıldığı bildirilir.

Onun atası vaxtilə polis sistemində çalışıb və vəfat edib. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərən şəxs olub. Onların ailələrinin böyük restoran şəbəkəsi var.

Belə ki, Ceyhunun qayınanası Nərgiz xanımın da ayrıca restoran şəbəkəsi olması haqda məlumatlar var. "My dom u Nargiz” restoranı da həmin şəbəkəyə daxildir. Onların sahib olduğu restoranlar Bakının ən məşhur və elit iaşə obyektlərindən biri olub. "2 Beer Baku”, "Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur.

Ceyhun Həsənov həm də Bakıda "Cinema klublar kralı” kimi tanınır. Məlumatlara görə, Ceyhun Həsənov hərbi xidmətdən də yayınıb.

Ceyhun Həsənov sosial şəbəkələrdə də lüks avtomobillərinin fotosunu paylaşıb.

Qeyd edək ki, avqustun 29-da axşam saatlarında "Beerlin Pub” kafesində tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
 
( Kriminalqafqaz”)

OXŞAR XƏBƏRLƏR

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...