No Image
No Image

QƏRAR: İyunun 18-19-da bu şəhər və rayonlarda...

QƏRAR: İyunun 18-19-da bu şəhər və rayonlarda...
 

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.


DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahanlar respublikanın 38 şəhər və rayonunda keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Qeyd edək ki, 18 və 19 iyun 2020-ci il tarixlərində respublikanın 38 şəhər və rayonunda:

•  9-cu sinif üzrə buraxılış imtahanları;

•  11-ci sinif üzrə buraxılış imtahanları;

•  Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

•  Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək. 

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 10 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 imtahan binası, 3443 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4474 nəzarətçi–müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.

İyunun 18-də keçiriləcək imtahanlarda 24312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19455 nəfər olmaqla, ümumilikdə 43767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda məktəblər açıldı - YENİ QƏRAR

  Baş Nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prose...

Təhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını AÇIQLADI

 "Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlə...

Baş Nazirdən təhsillə bağlı QƏRAR

  Nazirlər Kabineti "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib. Sfera.az  xə...

Uşaq bağçaları bu tarixdən fəaliyyətini bərpa edəcək - RƏSMİ

  "Uşaqlara distant formada qayğı göstərmək mümkün deyil. Sentyabrın 15-dən uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi təklif olunur". Sfera.az&...

Sentyabrın 15-dən dərslər başlayır - RƏSMİ

  "Təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır”. Sfera.az xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası ...

Təhsillə bağlı yeni qayda TƏSDİQ EDİLDİ

 COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.20...