Qan təzyiqini azaltmağın səmərəli yolu tapıldı

Qan təzyiqini azaltmağın səmərəli yolu tapıldı
 Melburn La Tromb Universitetində bir neçə elmi mərkəzin iştirakı ilə aparılmış tədqiqat nəticəsində ürək-damar xəstəliklərə rəvac verən başlıca amil olan qan təzyiqini azaltmaq üçün gündəlik təzə zeytun yağı qəbul etməyin zəruriliyi müəyyənləşib.

Sfera.az xəbər verir ki, müxtəlif mədəni mənşəyi və qidalanma tərzinə malik 50 yetkin könüllünün iştirak etdiyi klinik sınaqlar zamanı onlar üç həftə ərzində gündə 4 xörək qaşığı təzə zeytun yağı qəbul edib, daha sonra iki həftə ərzində nə zeytun, nə də zeytun yağından istifadə etməyiblər. Bu, bir neçə dəfə təkrarlanıb. Nəticədə könüllülərdə mərkəzi sistolik qan təzyiqi 2,5 faiz, kənar (kiçik damarlarda) sistolik qan təzyiqinin isə 2 faiz azaldığı müəyyən edilib.

Tədqiqatın rəhbəri Katerina Sarapis əks-iltihab və əks-oksidant xassələrinə malik polifenol maddələri ilə zəngin olan təzə zeytun yağının Aralıq dənizi və bir çox başqa bölgələrdə ənənəvi təamlar arasında mühüm yer tutduğunun təsadüfi olmadığını diqqətə çatdırıb. (report.az)

OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...