\"Qalatasaray\"ın futbolçusu koronavirusa yoluxdu

\
"Qalatasaray"ın futbolçusu Rayan Babel koronavirusa yoluxub.

Sfera.az xəbər verir ki, Niderland millisinin düşərgəsində olan forvardın son testi pozitiv çıxıb. Bu üzdən o, karantinə alınıb və Millətlər Liqasında noyabrın 18-də Polşa ilə səfər oyununu buraxacaq.

Babel dünən Bosniya və Herseqovina ilə V tur matçında (3:1) da iştirak ərizəsinə daxil edilməyib.
 

OXŞAR XƏBƏRLƏR