Prezidentin yeni vəzifə verdiyi general Osmanov kimdir?

Prezidentin yeni vəzifə verdiyi general Osmanov kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub.

Sfera.az-ın məlumatına görə, general Osmanov 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.

1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 

1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.

2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.

2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda” medalı, "İgidliyə görə” medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, "Qarabağ” ordeni ilə təltif olunub. Bundan başqa, N.Osmanov Laçının və Kəlbəcərin azad olunmasına görə medalları ilə də təltif olunub. Ailəlidir, iki övladı var. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ

Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi başa çatdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bütün müavinət, ...

Polisimiz qondarma "bayrağı" süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu ar...

Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?

Məlumdur ki, bütün dünyada və Azərbaycanda xəstəxanalarda koronavirusdan vəfat edənləri yuyub kəfənləmək üçün evə və dini qurumlara göndərmir, bu prosedurlar el...

Paşinyan Azərbaycan toponimlərindən istifadə etməsinin səbəbini AÇIQLADI

"Ermənistan vətəndaşları üçün aydın olmalıdır ki, problemli məntəqələr nə Ermənistan Respublikası, nə də Sovet Ermənistanı ərazisində yerləşir”. Sfera.az ...

Baş nazir Tarif Şurasına yeni səlahiyyət verdi

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib. Sfera.az xəbər ...

Nazirlikdən vaksin olunmayan işçilərlə bağlı AÇIQLAMA

Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Sfera.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin məlumatı...