“Prezidentin etimadını doğrultmamaq xəyanətdir” – Səlim Müslümovun həbsinə münasibət

“Prezidentin etimadını doğrultmamaq xəyanətdir” – Səlim Müslümovun həbsinə münasibət
Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs olunması təsdiqləndi.

Belə ki, sabiq nazir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumatda istintaq-əməliyyat tədbirləri davam etdirildiyi bildirilib.

Görünən odur ki, istər vəzifədə, istərsə də vəzifədən kənarlaşdırıldıqdan sonra əgər fəaliyyətində qanunsuzluq varsa, hər kəs qanun qarşısında cəzalandırılacaq.

Sfera.az xəbər verir ki, deputat Bəhruz Məhərrəmov açıqlamasında deyib ki, Azərbaycan hüquqi dövlətdir:

"Hüquqi dövlətdə isə hər kəs yalnız törətdiyi əmələ görə qanunvericilik çərçivəsində məsuliyyətə cəlb oluna bilər. İstər Səlim Müslümov, istərsə də digərləri fəaliyyətində nöqsanlara yol veribsə, bunun həm mənəvi, həm də maddi tərəfi var. Əgər bu şəxslərin büdcəyə əl uzatması, korrupsiyaya bulaşması, dövlət büdcəsini talaması, insanlara yönəlik yardımların mənimsənilməsi varsa, təbii ki, hər kəs qanun qarşısında cavab verəcək.

Eyni zaman bunun bir mənəvi tərəfi də var. Cənab Prezident bu şəxslərə böyük etimad göstərib, onlara böyük bir sahələri həvalə edib. Bu etimadı doğrultmamaq Azərbaycan xalqının təmsiçisinə, liderinə xəyanətdir. Bu da eyni zamanda özlüyündə bir mənəvi pozuntudur. Bütün bunların fonunda təbii ki, Azərbaycan korrupsiya ilə mübarizəni kampaniya xarakterli aparmır. Azərbaycan korrupsiya ilə mübarizəni hüquqi dövlət quruculuğu, bürokratik əngəllərin aradan qaldırılması, insanların layiqli həyat səviyyəsinin, hüquq və azadlıqlarının təmin edilməsi prinsiplərinə əsaslanaraq həyata keçirir. Məhz bizim beş milli prioritetimiz müəyyənləşdirildi. Bu beş milli prioritetin demək olar ki, hamısının kökündə dayanan məsələ şəffaf idarəçilik və insanların layiqli həyat səviyyəsinin təmin olunmasıdır. Təbii ki, bu prioritetləri müəyyən olunmuş bir dövlətin korrupsionerlərdən arınması, bu istiqamətdə fəaliyyətin davam etdirilməsi gözləniləndir”. (Cebhe.info)

OXŞAR XƏBƏRLƏR

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...

Bakıdan bu əraziyə yeni marşrut xətti açılır - DİQQƏT!

Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır.   Bu barədə Sfera.az-a Rəqəmsal İn...

“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” - Deputatdan şərh

Artıq 2024-cü ilin bitməsinə son günlər qalıb.Ancaq təəssüf ki, ölkəmizdə ilin son günləri olduqca faciəli bir hadisə ilə yadda qaldı. Belə ki, 25 dekabr 2024-c...

Azərbaycan 170-dən çox ölkə ilə ticarət aparır - RƏSMİ

Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirir.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-...

Bayram tətilində qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bayram tətili günlərində (31 dekabr-3 yanvar) gözlənilən hava proqnozu açıqlanıb.   ETSN-dən Sfera.az-a verilən xəbərə görə, 31 dekabrda Bakıda və Ab...

Hökumənin təyyarədən yeni görüntüləri yayıldı - Sərnişin çəkibmiş... + VİDEO

AZAL-ın qəzaya düşən təyyarəsinin uçuş heyətinin həlak olan üzvü, stüardessa Hökümə Əliyevanın təyyarədən çəkilmiş yeni görüntüləri yayılıb.   Sfera....