Prezident təqdimat verdi: bu şəxslər ömürlük həbs ediləcək

Prezident təqdimat verdi: bu şəxslər ömürlük həbs ediləcək
Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.

Milli Məclisdən BiG.AZ-a verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur. Layihəyə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...