Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifələrindən azad etdi - SƏRƏNCAM

Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifələrindən azad etdi -  SƏRƏNCAM
Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR