Prezident BDU-ya rektor təyin etdi

Prezident BDU-ya rektor təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinə rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Elçin Babayev bundan əvvəl Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsini tutub. Dövlət başçısı bir neçə dəqiqə əvvəl onun bu vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

 E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışıb. O, BDU-da rektor vəzifəsini tututana qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. 

2005-ci ildə "Tərəqqi” medalı təltif edilib. 

OXŞAR XƏBƏRLƏR