Polis əməkdaşlarının üzərinə avtomobil sürən şəxs həbs edildi

Polis əməkdaşlarının üzərinə avtomobil sürən şəxs həbs edildi
Aprelin 29-da İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sfera.az-a İmişli Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, "VAZ-21074" markalı, 57-BR-071 dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində həmin avtomobili idarə edən Oruc Ağaməmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd edərək avtomobili İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin inspektorları Nicat Süleymanov və Ramil Muradovun üzərinə sürməklə sonunculara dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib.

Oruc Ağaməmmədovun üzərinə baxış keçirilən zaman üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, Oruc Ağaməmmədov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...