Pələng ilində doğulan və ölən tanınmışlar – SİYAHI

Pələng ilində doğulan və ölən tanınmışlar – SİYAHI
Şərq təqviminə görə 2022-ci il Su Pələnginin ilidir. Bu ilin ən ümumi xüsusiyyətləri pələngin möhkəm pəncəsi və hamını lərzəyə salan nərəsi ilə bağlıdır.

Maraqlıdır, pələng ilində hansı məşhurlar dünyaya gəlib, yaxud dünyadan köç edib?

Sfera.az XX əsrdən bu yana pələng ilində doğulan və dünyasını dəyişən tanınmış şəxslərin siyahısını təqdim edir:

1926 – Bu il dünyaca məşhur amerikalı aktrisa Merilin Monro dünyaya gəlib. 1926- cı ilin yadda qalan ölüm hadisəsi isə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş Nəcəf bəy Vəzirovla bağlıdır.
 
 
1938- Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ikinci prezidenti olan Əbülfəz Elçibəy dünyaya gəlib. Sözügedən il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşanın və qısa ömrü ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutan Mikayıl Müşfiqin ölümü ilə dünya tarixinə yazılıb.
 
 
1950- Bu ildə Azərbaycanın xalq şairi Zəlimxan Yaqub, xanəndə Ağaxan Abdullayev, kino aktrisa  Nuriyyə Əhmədova dünyaya gəlib. 1950-ci ilin may ayında isə yazıçı, jurnalist Məmməd Səid Ordubadi dünya ilə vidalaşıb.
 
1962- Maraqlıdır ki, bu tarixdə "dünyaca məşhur” olaraq təqdim edə biləcəyimiz nə hansısa şəxs dünyaya gəlib, nə də bu kateqoriyadan kimsə dünyasını dəyişib.
 
1974- Türkiyəli məşhur müğənni Kənan Doğulu, aktrisa, müğənni Ebru Gündeş, və  ingiltərəli aktyor Kristian Beyl dünyaya gəlib. ABŞ-nin 3-cü prezidenti Con Kennedi və türk yazıçı Nazim Hikmət isə 1974-cü ildə dünyasını dəyişən məşhurlar sırasındadır.

1986- Bu il dünyaca məşhur bir çox simaların dünyaya gəldiyini deyə bilərik. Belə ki, 1986-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, türkiyəli aktrisa Fəxriyyə Evcen, dünyaca məşhur skripka ifaçısı və müğənni Aleksandr Rıbak, dünya şöhrətli müğənni Ledi Qaqa, ispan futbolçu Sergio Ramos, fransalı futbolçu Kirian Mbappe dünyaya gəlib. Bu il eyni zamanda azərbaycanlı tarixçi Yusif Yusifov dünyasını dəyişib.
 
1998- Bu ildə isə gənc olmasına baxmayaraq, futbol dünyasında öz sözünü deməyi bacaran məşhur futbolçu Killian Mbappe dünyaya gəlib.
 
2010-Tarixin bu təqvimi isə daha çox ölüm hadisələri ilə yadda qalır. Belə ki, bu ilin 15 aprel tarixində Telman Adıgözəlov, 18 may aktrisa Ofeliya Aslan, 12 iyun əməkdar jurnalist, publisist  Nailə Muradxanlı dünyasını dəyişib. 2010-cu ildə eyni zamanda  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov şəhidlik zirvəsinə ucalıb.
 
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...