Pandemiya ilə mübarizədə uğurlu olan ölkələr hansı addımları atdı?

Pandemiya ilə mübarizədə uğurlu olan ölkələr hansı addımları atdı?
BBC-nin əməkdaşı Cen Korbin pandemiya ilə mübarizədə ölkələrin ən yaxşı strategiyalarını araşdırıb.

Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, virusun yayılmasının və itkilərin qarşısını almaq üçün dörd önəmli məsələ ön plana çıxıb:

• Sərhədlərə və ölkəyə girişə nəzarət etmək üçün erkən addımların atılması
• Şübhəli şəxslərin (virusa yoluxma təhlükəsi olanlar) hər birindən test götürmək və onları izləmək
• Maddi dəstəklə təmin etmək
• Effektiv liderlik, xalqla ardıcıl və vaxtında ünsiyyət
 
Jurnalist həmçinin qeyd edib ki, tədqiq apardığı strategiyalarla bağlı kitab yazmaq və pandemiyanı bununla idarə etmək mümkündür.

Cenin sözlərinə görə, birinci önəmli addım hazırlıqdır. O, Cənubi Koreya vətəndaşını nümunə çəkib: "Stanley Park paytaxt Seulda yaşayır. O, qızı Jo Yeonu hava limanında əlində spirt, ağzında maska qarşılayıb, nəinki qucaqlamaq. Və bu onun ilk epidemiya təcrübəsi deyil. 2015-ci ildə MERS epidemiyasının Şərqi Asiyaya vurduğu zərərlər hələ də yaddaşlardadır. Cənubi Koreya həm də ölkə olaraq bu hadisədən dərs çıxara bilib. Koronavirus yayılmağa başlayan zaman rəsmilər qapanmaya getmədən problemi yoluna qoymağa nail olublar”.
 
İkinci vacib addım testlər, yoluxan xəstələrin izlənməsi və ünsiyyətidir. Cənubi Koreya təcrübəsindən bir daha söz açan jurnalist bildirib ki, həmin ölkədə pandemiya zamanı xəstəxanalara testdən müalicə dövrü bitənə qədər yoluxanların izlənilməsi tapşırılmışdı. Testlər isə tamamilə qapalı məkanda edilir, nəticələr 4-5 saat içində bəlli olurdu. Xəstəxanaya yaxın ərazilərdə şübhəlilər olarsa, onlar izlənilir və lazım olduğu halda, müdaxilələr edilirdi. 52 milyon əhalisi olan Cənubi Koreyada ölənlərin ümumi sayı 1700 civarındadır. Korbin həmçinin bildirib ki, İngiltərə hökuməti isə yalnız testlərin təkmilləşdirilməsi ilə bağlı işlər görüb.
 
Üçüncü addım karantin rejimi ilə bağlı edilən dəstəklərdir. BBC əməkdaşı bu dəfə Hindistan təcrübəsindən söz açıb. O deyib ki, bu ölkədə insanlar evdə qalmağa məcbur olsalar da, müəyyən dəstəklər də alıblar. Məsələn, Kerala şəhərində karantin günlərində 600-dən çox evə pulsuz yeməklər verilib, psixloji yardımlar təşkil edilib. 35 milyon əhalisi olan Kerala 2020-ci ilin mart ayında Hindistanda ən çox xəstələrin mövcud olduğu yer olsa da, bu gün dünyada Kovid-19 ölüm nisbətinin ən aşağı olduğu ərazilər arasındadır.
 
Dördüncü addım yaşlıların qorunması, beşinci isə peyvəndləmə strategiyasıdır. Jurnalist bildirib ki, vaksinasiya ilə bağlı inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisdir. Onun sözlərinə görə, bu prosesə bütün Avropa ölkələrində və ABŞ-da başlanıldığı halda,  Afrikada peyvənd edən ölkələrin sayı çox az olub. Məhz buna görə də, Cənubi Afrika və Braziliya kimi vaksinasiyanın məhdud olduğu ölkələrdə virusun mutasiya etmə ehtimalı yüksəkdir. Bu da peyvənd proqramını uğurla həyata keçirən ölkələr üçün risk yaradır.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...