“Pandemiya dönəmi sübut etdi ki, dəmir yolu ən optimal nəqliyyat növüdür”

“Pandemiya dönəmi sübut etdi ki, dəmir yolu ən optimal nəqliyyat növüdür”
 
Vahid Əhmədov: "Bura qoyulan vəsaitlər özünü tamamilə doğrultdu”

Azərbaycanda pandemiya ilə mübarizə dönəmində nəqliyyatın hərəkətində də ciddi problemlərin meydana çıxdığı, bir sıra nəqliyyat növlərinin fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı müşahidə olunur.

 

Maraqlıdır, koronavirusla mübarizənin davam etdiyi indiki ağır dönəmdə ən optimal nəqliyyat növü hansıdır? Hansı nəqliyyat növünü ölkəmizin hazırkı vəziyyətində daha həyati hesab etmək olar?

 

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov dəmir yolu nəqliyyatının pandemiya dönəmində özünü daha çox doğrultduğunu vurğuladı:

 

"Pandemiya dönəmində nəqliyyat sektorunda dəmir yolunun önəmi özünü bir kəs daha göstərdi. Hava nəqliyyatı faktiki olaraq dayanıb. Hava nəqliyyatı vasitəsi ilə sərnişin və yük daşınması həyata keçirilmir. Avtomobil nəqliyyatı ilə bağlı xeyli problemlər var. Əlavə postlar yaradılıb, tıxaclar müşahidə olunur və s.

 

İndiki situasiyada hər bir dövlət çalışır ki, onun sərhədlərindən daha az insan daxil olsun. Dəniz nəqliyyatına isə insan müdaxiləsi çoxdur. Müdaxilə çox olduğu üçün də dəniz nəqliyyatından istifadəyə maraq azdır.

 

Indiki məqamda qabağa çıxan nəqliyyat növü dəmir yolu nəqliyyatıdır. Dəmir yolu nəqliyyatına son illərdə kifayət qədər investisiyalar qoyulub. Bakı-Qars dəmir yolu açıldı. Azərbaycanda dəmir yolu ilə bağlı yükdaşımalarda heç bri problem olmadı. Dəmir yoluna qoyulan vəsaitlər özünü doğrultdu.

 

Dəmir yolunun sistemli modernizasiyasına yenə də əlavə vəsaitlər qoymaq lazımdır ki, orada infrastruk layihələri təmin edilsin, yeni depolar inşa edilsin, əlavə vaqonlar alınsın və s. Bura ayrılan vəsaitlər bundan sonra da özünü doğruldacaq. Pandemiya dönəmi sübut etdi ki, dəmir yolu ən optimal nəqliyyat növüdür”.


OXŞAR XƏBƏRLƏR