\"O Səs Türkiyə\"də ŞOK AYRILIQ

\
 
Tv 8 ekranlarının əvəzolunmaz proqramı "O Səs Türkiyə" münsiflərində şok ayrılıq baş verdi.
 
Proqrama qoşulduğu ilk gündən etibarən səsi, davranışı, səmimi qəlbilə sevənlərin könlündə taxt quran sənətçi proqrama vida edib.
 
Sfera.az xəbər verir ki, Ebru Gündeş "O Səs Türkiyə"dən ayrılıb.

Məşhur müğənni ayrılıq qərarını belə açıqlayıb:
 
"3 ildir ki, böyük bir sevinc, həyəcan və xoşbəxtliklə yaşadığım "O Səs Türkiyə" münsiflər qoltuğumda bu il olmayacağımı böyük bir üzüntü ilə bildirmək istəyirəm. Həyatda hər kəs başına nə gəlirsə gəlsin sağlamlıq problemi olmadığı təqdirdə bir şəkildə həyatına və işinə davam edir və etmək məcburiyyətindədir. Mən də gücümün yetdiyi qədər ailem və komandam adına buna çalışıram. "O Səs Türkiyə" və böyük bir heyət mənimlə və ya mənsiz varlar və həmişə də olacaqlar inşallah. İçində olduğum vəziyyətə görə, dostum Acun Ilıcalıdan bu il icazə istədim özü də hər zamankı kimi mənim fikirimi hörmətlə qarşıladı. Acun və Acun Media - TV 8 ailəsi başda olmaqla Hadisə, Murad, Gökhan və Hakan hamınıza minnətdaram, sizi yaxşı ki, tanıdım, yaxşı ki, hayatımdasınız və çox sevilirsiniz".
 
Sfera.az //
Aytac 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 


OXŞAR XƏBƏRLƏR