Nəsimi rayonunda Həmrəylik Günü və Yeni il münasibətilə görüş keçirilib

Nəsimi rayonunda  Həmrəylik Günü və  Yeni il münasibətilə görüş keçirilib
 
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və
sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov
əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik
Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi
xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya
azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan
danışıb. Qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla
əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol
oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik
məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu
sahədəki xidmətlərini uğurla davam etdirir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider
Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da
möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş,
müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik
təsisatlar möhkəmləndirilmişdir.
Qeyd olunmuşdur ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat
infrastrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək
istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər
sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail
olunmuşdur.
Çıxışının sonunda İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı
İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban
xanım Əliyevanın sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi diqqət və
qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları
problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci
vitse - prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını
birdirdilər.
Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli ərzaqlardan ibarət
bayram sovqatları verilmişdir.

OXŞAR XƏBƏRLƏR