“Neftçi”dən gözlənilən transfer

“Neftçi”dən gözlənilən transfer

Hazırlığını Avstriyada davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. 

Qafqazinfo”nun məlumatına görə, “ağ-qaralar” “Simurq”dan ayrılan ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib.

“Neftçi” oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. 

Xuan Alberto Melli karyerası ərzində “Real Betis”, “Tenerife”, “Gent”, “Şerif”, “Erqotelis”  klublarında çıxış edib. 

Qeyd edək ki, müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.


OXŞAR XƏBƏRLƏR