Naxçıvanda ÜDM 1,3 % artdı

Naxçıvanda ÜDM 1,3 % artdı
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-da 2 355 837 900 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.

Sfera.az  xəbər verir ki, bu barədə yerli Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ÜDM-in dəyəri isə 2,4% artaraq 5 097 manata çatıb.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. 10 ayda sənaye üzrə 922 291 600 manat dəyərində məhsul istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur.

OXŞAR XƏBƏRLƏR