“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - FOTO

“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - FOTO

Həyata keçirdiyi sosial əhəmiyyətlilayihələri ilə seçilən "Nar”, böyük uğura imza ataraq Azərbaycanı təmsil edən ilk şirkət kimi beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb. Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində "Nar”ın "Təlim Məktəbi” layihəsi "KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator "Nestle” və "Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.

"Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. "Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən "Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur.

Bildirək ki, bu, "Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. Belə ki, 2014-cü ildə Fransada keçirilmiş ənənəvi "Cannes Lions” festivalında "Nar Donor” layihəsi "Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.Mobil operatorun həyata keçirdiyi digər sosial layihələr haqda daha ətraflı nar.az səhifəsindən, "Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsi haqqında məlumatı isə buradan əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...